Yeni estakadayanı meydança inşa olunacaq

Yeni estakadayanı meydança inşa olunacaq backend

“Neft Daşları” yatağında yeni blok tipli 331 saylı estakadayanı meydança quraşdırılacaq.


Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, “Neft Daşları” NQÇİ-nin sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunacaq estakadayanı meydançanın baş podratçısı “Neftqaztikinti” Trestidir.

10 istismar quyusunun qazılması üçün nəzərdə tutulan meydança dənizin 8 metr dərinliyində yerləşdiriləcək. Meydançada müasir qazma avadanlığı, 37 nəfərlik yaşayış bloku, qaldırıcı kranlar, korroziyadan mühafizə sistemi, minik və yanalma meydançaları, elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin etmək məqsədilə dizel elektrik generatorları və digər zəruri avadanlıqlar quraşdırılacaq. İnşaat və istismar müddətində meydançada ətraf mühitin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin ediləcək.

Qeyd edək ki, estakadayanı meydançanın tikintisinin 2016-cı ilin sonuna kimi başa çatdırılması planlaşdırılır. Meydançadan qazılacaq quyuların hər birindən sutkada 10 ton neft hasil ediləcəyi gözlənilir.
Diaspora