TANAP “Türk axını” layihəsinə rəqib deyil

TANAP “Türk axını” layihəsinə rəqib deyil backend

Trans-Anadolu qaz boru kəməri – TANAP “Türk axını” layihəsinə rəqib deyil.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu sözləri Rusiyanın Energetika Nazirliyinin beynəlxalq əməkdaşlıq departamentinin direktoru İlya Qalkin deyib. O bildirib ki, TANAP ilə daşınacaq 10 milyard kubmetr Azərbaycan qazı Avropa bazarının tələbatını tam da ödəməyəcək.

“Avropanın yaxın gələcəkdə öz mövqeyini dəyişdirib yeni boru kəmərlərinin çəkilməsi üçün icazə verəcəyini gözləmirik. Türkiyə qanunlarının şərtləri böyük layihələrin həyata keçirilməsi üçün daha uyğundur,” - deyə İ.Qalkin qeyd edib.

TANAP ilə Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır.
Diaspora