"Bakı-Tbilisi-Qars dəmiryolu xətti bu il istifadəyə veriləcək".
QAZİLƏR.AZ Modern.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib. Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars yolunun istifadə tarifi tək Azərbaycandan asılı deyil.
“Bu qərar Türkiyə tərəfdən də asılıdır. İyul ayının 4 və ya 5-də Türkiyənin Qars şəhərində nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arsalan və Gürcüstanın dəmiryol rəhbərləri ilə görüşüb tarixin nə vaxt olduğunu dəqiqləşdirəcəyik".