Bakıda Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yolları idarələri rəhbərlərinin görüşü keçirilir.
QAZİLƏR.AZ Modern.az-a istinadən xəbər verir ki, görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə, "Gürcüstan Dəmir Yolu"nun sədri Mamuka Baxtadze, "Ukrayna Dəmir Yolu"nun İdarə Heyətinin sədri Balçun Voytsex və Polşa Dövlət Dəmir Yolunun rəisi Kşiştof Maminski iştirak edirlər.
Beştərəfli görüşdə "Cənub-Qərb" nəqliyyat-marşrutunun üstünlükləri və inkişaf perspektivləri, layihənin inkişafı, bu marşrut üzrə daşınmaların həyata keçirilməsində təşkilati məsələlər müzakirə olunur.
Həmçinin texnoloji və logistika məsələlərinin həllində tərəflərin atdığı addımların əlaqələndirilməsi, marşrut üzrə katibliyin və əməliyyat-iş mərkəzinin yaradılması məsələləri müzakirə edilir.