Ermənistan ordusu təmas xəttində ağır itkiyə məruz qalıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün yerli vaxtla saat 18:00-da işğal altında olan Qarabağda 3 erməni hərbçi məhv edilib.Öldürülən təxribatçı erməni əsgərlər 1997-ci il təvəllüdlü Arayik Rudik Mardinyan, 1997-ci il təvəllüdlü Vigen Jirayr Petrosyan və 1997-cü il təvəllüdlü Vardan Tsovak Sarkisyandır.
Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən hərbi qulluqçumuz Şahvələdov Sultan Niyaz oğlu şəhid olub.