Müharibə veteranı həbsxanada aclıq aksiyası keçirir

Müharibə veteranı həbsxanada aclıq aksiyası keçirir backend

Qarabağ müharibəsi veteranı Həmid Əliyev həbsxanada aclıq aksiyası keçirir.

Bu barədə QAZİLER.AZ saytına məhbusun anası Minayə Əliyeva məlumat verib. Onun sözlərinə görə, oğlu şərlənərək həbs edilib:

“2015-ci ildə oğlum Həmid Əliyevi narkotik maddə saxlamaqda ittiham edərək həbs ediblər. Ona 9 il iş veriblər. Amma o heç vaxt bu işlə məşğul olmayıb. Oğlumu aldadıb işə salıblar. O, kiçik mikroavtobusla Bakı-Qazax marşrutu üzrə sərnişin daşınma ilə məşğul olub. Məhəmməd adlı bir nəfər ona kiçik bağlama verib ki, Qazaxda bunu səndən götürəcəklər. O da alıb qoyub maşına. Sonra oğlumu tutublar ki, narkotik var avtomobildə. Bu da deyib ki, yük Məhəmmədindir. Məhəmmədi də çağırıblar. O da boynuna alıb ki, yük onundur. Amma indi hamı qalıb kənarda oğlumu tutublar. Axı belə olmaz! Əlimizdə xeyli sübutlar var, telefon danışıqlarında belə, amma məhkəmə bunların heç birini nəzərə almadı. Baxan yoxdur! Məhkəmə çox böyük ədalətsizlik edib. Oğlum da buna etiraz əlaməti olaraq neçə gündür həbsxanada aclıq edir. Onu həbsxananın xəstəxanasına yerləşdiriblər. Vəziyyəti ağırdır, kömək edin! Onun iki balası qalıb başsız, qızı ağır xəstədir. Bilmirik neyləyək?!”

Fəryad edən ana bildirdi ki, hazırda 10 saylı həbsxanada cəzasını çəkən H.Əliyevi zorla qidalandırmağa cəhd edirlər.

QAZİLER.AZ

Diaspora