Bakıda “İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti“ mövzusunda konfrans keçirilib

Bakıda “İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti“ mövzusunda konfrans keçirilib backend

Bu gün Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) birgə təşkilatçılığı ilə "İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti" mövzusunda konfrans keçirilib.


QAZİLƏR.AZ "Report"-a istinadən xəbər verir ki, tədbirin keçirilməsində məqsəd ölkədə həyata keçirilən iqtisadi islahatları elmi ictimaiyyətin diqqətinə çatdırmaq, müvafiq istiqamətlər üzrə fəaliyyət göstərən alim və mütəxəssislərin təkliflərini dinləmək olub.

Tədbirdə AMEA-nın prezidenti Akif Əlizadə, İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru Vüqar Babayev iştirak ediblər.

Konfrans iştirakçıları Azərbaycan elminin dünyada baş verən elmi-texnoloji proseslərdə aparıcı mövqe tutması üçün yüksək texnologiyalar və innovasiya inkişafına diqqətin artırılmasının vacibliyini qeyd ediblər.
Diaspora