Prezident İlham Əliyev Lənkəran şəhərində çoxmənzilli binaların əsaslı təmiri və bərpası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Qaziler.az-ın məlumatına görə, sənədlə Lənkəran şəhərində qəzalı vəziyyətdə olan 13 çoxmənzilli binada əsaslı təmir və bərpa işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 7,5 milyon manat ayrılıb.Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.