Yanğın nəticəsində 15 ailə evsiz qaldı

Yanğın nəticəsində 15 ailə evsiz qaldı backend

Bakıda məcburi köçkünlərin yaşadığı binada baş verən yanğın nəticəsində binanın bir hissəsi, 15 ailənin yaşadığı sahə yanıb.

Lent.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, bunu Yasamal rayonu İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev deyib.

Rayon İH başçısı bildirib ki, hadisə nəticəsində ciddi xəsarət alan və ölən yoxdur. Onun sözlərinə görə, yalnız 1 nəfər tüstüdən yüngül zəhərlənib və xəstəxanaya aparılıb: “Hadisə barədə bütün müvafiq qurumlara məlumat verilib və yəqin ki, lazımi tədbirlər görüləcək”.
Diaspora