İran parlamentində 7 nəfər öldürüldü - İŞİD terroru üstünə götürdü

İran parlamentində 7 nəfər öldürüldü - İŞİD terroru üstünə götürdü backend

İran parlamentində silahlı hücum zamanı 7 nəfər öldürülüb.

Lent.az-ın tasnimnews.com-a istinadən məlumatına görə, bu barədə parlament mənbələrindən bildirilib. 4 nəfər isə əsir götürülüb. Hadisənin İŞİD terror təşkilatı tərəfindən törədildiyi deyilir. Terrorçulardan biri isə qadın olub.

***

12:05

İranda Milli Məclis və İmam Xomeyni türbəsinə silahlı hücumları İŞİD terror təşkilatı törədib.

APA-nın xəbərinə görə, bu barədə İranın “Fars” Xəbər Agentliyi məlumat yayıb. Agentliyin açıqlamasında İŞİD-in hücumlara görə məsuliyyəti üzərinə götürdüyü bildirilib.
Diaspora