“Henley & Partners” (“Henli və tərəfdarları”) şirkətinin viza məhdidiyyəti indeksləşdirilməsinə əsasən, Azərbaycan 74-cü yerdədir.
“Report” “henleyglobal.com”a istinadən xəbər verir ki, indeksləşdirmə BMT-yə üzv 193 ölkə arasında aparılıb.Ümumiyyətlə, Azərbaycan vətəndaşları 62 dövlətə vizasız səfər edə bilərlər.
Məlumata görə, birinci yerdə Almnaniyadır. Bu ölkə vətəndaşlarının 176 dövlətə vizasız səyahət etmək imkanı var. İkinci yerdə İsveç (175 ölkəyə vizasız səyahət), üçüncü yerdə 174 dövlətə vizasız səyahət etmək imkanı ilə Danimarka, İspaniya, İtaliya, Finlandiya və ABŞ gəlir.
Sonuncu üç yeri Pakistan (28 ölkəyə vizasız səyahət), İraq (27), Əfqanıstan (24) tutur.
Qeyd edək ki, Ermənistan bu siyahıda 78-ci yerdədir və vətəndaşlarının 58 ölkəyə vizasız səfər etmək imkanı var.