Aşqabadda Xəzər dənizinin hüquqi statusu müzakirə olunub

Aşqabadda Xəzər dənizinin hüquqi statusu müzakirə olunub backend

Aşqabadda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun 49-cu iclası keçirilib.

"Report" xəbər verir ki, görüş Türkmənistan Xarici İşlər Nazirliyi və Prezident yanında Xəzər dənizi məsələləri üzrə Dövlət Müəssisəsi tərəfindən təşkil edilib.
Görüş zamanı nümayəndə heyətlərinin rəhbərləri Xəzərin hüquqi statusu haqqında Konvensiyanın müəyyən müddəalarıyla əlaqədar öz ölkələrinin mövqelərini qeyd ediblər.

Tərəflər Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammitinə hazırlıq çərçivəsində Xəzəryanı ölkələrin liderlərinin daha əvvəl əldə etdikləri razılaşmaların praktiki həyata keçirilməsi üzrə böyük iş görüldüyünü vurğulayıb. Konvensiyanın - Xəzəryanı dövlətlərin fəaliyyətini, o cümlədən onların öz milli yurisdiksiyası zonalarında, tənzimləyən əsas beynəlxalq sazişin bir sıra əsas maddələri üzrə razılıq əldə olunub.

Sənədin layihəsi özündə həm də gəmiçilik, ətraf mühitin mühafizəsi və ətraf mühitin rasional idarə edilməsi, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarından və onun dibi və təkinin mineral resurslarından istifadə sahəsində beynəlxalq hüququn müasir prinsip və normalarını ehtiva edir.
Diaspora