Bakı 2019-ci ildə İslam dünyasının turizm paytaxtı olacaq.
“Report” xəbər verir ki, bunu Təbriz şəhər bələdiyyəsinin sədri Sadiq Nəcəfi “Təsnim” agentliyinə müsahibəsində bildirib.İslam Əməkdaşlıq Təşkilatının (İƏT) qərarı ilə 2018-ci ildə Təbriz İslam dünyasının turizm paytaxtı olacaq.
Bələdiyyə sədri Təbrizin tarix, mədəniyyət, ədəbiyyat, incəsənət, din elm, alimlər, mübarizlər şəhəri olduğunu vurğulayıb: “Şəhriyar həm Təbrizin, həm də İranın böyük şairidir. Mövlananı Mövlana edən Şəms Təbrizi Təbrizdən çıxıb. Mübarizə sahəsində Təbrizdən çıxan Səttarxan, Bağırxan, şəhid Baqiri İran tarixində nüfuzlu, çox əhəmiyyətli şəxsiyyətlərdir. Zeynəb Bacının İrandakı məşrutə tarixində çox böyük rolu olub. Pərvin Ehtisami də Təbrizin əhəmiyyətli şəxsiyyətlərindən olub”.
S.Nəcəfli xatırladıb ki, 2016-cı ildə İslam dünyasının turizm paytaxtı Türkiyənin Konya şəhəri olub, hazırda Səudiyyə Ərəbistanının Mədinə şəhəri bu statusu daşıyır: “2018-ci ildə Təbriz, 2019-cu ildə isə Bakı İslam dünyasının turizm paytaxtı olacaq”.