“Standard & Poor’s” (S&P) beynəlxalq reytinq agentliyi SOCAR-ın uzunmüddətli kredit reytinqini dəyişməyərək “BB” səviyyəsində saxlayıb.
“APA-Economics” agentliyin yaydığı məlunata istinadən xəbər verir ki, reytinq üzrə proqnoz “neqativdir”.“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) tərəfindən elan olunan xarici öhdəliklərin restrukturizasiyası proqramı SOCAR-ın reytinqi ilə bağlı verilən qərara təsir etməyib.
SOCAR-ın ölkə üçün olduqca yüksək əhəmiyyətə malik olmasını bildirən S&P qeyd edib ki, hökumət istənilən vaxt dövlət şirkətinə zəruri dəstək verməyə hazırdır və reytinqin qorunmasına da əsas səbəb budur. Agentlik əlavə edib ki, hökumət SOCAR-ın xarici öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edir. Eyni zamanda S&P cari əməliyyatlarda SOCAR-ın müstəqilliyini önə çəkir.
"SOCAR-ın pul ehtuyatının bir hissəsi ABB-də yerləşdirilib. Bununla yanaşı, şirkətin bank qarşısında iri öhdəlikləri mövcuddur”, - deyə agentliyin analitikləri qeyd edir.