Milli Qəhrəmanın adını daşıyan parkda əyləncə mərkəzi tikmək istəyirlər – SATILIB

Milli Qəhrəmanın adını daşıyan parkda əyləncə mərkəzi tikmək istəyirlər – SATILIB backend

QAZİLER.AZ saytı Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Azərbaycanın Milli Qəhrəmanı, şəhid Cavanşir Rəhimovun adını daşıyan parkın ərazisinə işbazların göz tikdiyini yazmışdı(Yazının linki).

Bununla bağlı redaksiyamız müraciət edən şəxslər abadlıq adı ilə parkın bir hissəsini yaşayış binası və şadlıq sarayı tikilməsi üçün satmaq istədiklərini bildirmişdilər.

Yazı yayılandan sonra oxucularımız redaksiyamıza zəng edərək, gələrək digər maraqlı və insanı heyrətləndirəcək məlumatlar verdilər. Sən demə, bəzi dəllallar şəhid və milli qəhrəmanın adına parkı abadlıq adi ilə söküb dağıdıb, yerində isə əyləncə mərkəzi tikmək istəyirlər. Özü də bu işin arxasında Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov dayanır.

Bir neçə il əvvəl istəyiblər işə başlasınlar, lakin yerli əhalinin etirazından sonra məsələ dayanıb. İndi isə yenidən öz çirkin niyyətlərini həyata keçirməyə çalışırlar.

Yenidən Suraxanı rayon icra hakimiyyəti ilə əlaqə saxlamaq istədik. Amma yenə zənglərimizə cavab verən olmadı.


QAZİLER.AZ

Diaspora