Əmanətlərin dedollarizasiyası martda davam edib

Əmanətlərin dedollarizasiyası martda davam edib backend

2017-ci il aprelin 1-nə əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 6 mlrd. 911,4 mln. manat təşkil edib ki, bunun da 1 mlrd. 480,5 mln. manatı (21,42%) milli valyuta, 5 mlrd. 431 mln. manatı (78,58%) isə xarici valyuta ilə yerləşdirilib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə əhalinin banklarda manatda yerləşdirdiyi əmanətlərin həcmi 31,1 mln. manat və ya 2,06% azalıb. Xarici valyutada yerləşdirilən əmanətlərin həcmində isə 946,3 mln. manat və ya 14,74% azalma var.

Bununla yanaşı, cari ilin fevral ayı ilə müqayisədə martda milli valyutada olan əmanətlərin həcmi 16,8 mln. manat və ya 1,15% artıb, xarici valyutada olan əmanətlərin həcmi isə 207,1 mln. manat və ya 3,66% azalıb.
Diaspora