Mariya Zaxarovanın qızını it dişləyib

Mariya Zaxarovanın qızını it dişləyib backend

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün “Facebook” səhifəsində bildirib ki, it dişlədikdən sonra qızına tibbi yardım göstərilib.

“Maryananı it dişləməsi ilə bağlı xeyli ismarıc və zəng qəbul etdim. Bilməzdim ki, adi uşaq macərası belə səs-küyə səbəb ola bilər. Bir iş idi, olub. Qorxu və göz yaşları çox oldu. İt küçə iti deyil, peyvənd olunub, hazırda baytarların müşahidəsi altındadır. Uşağa zəruri yardım edilib”, - Zaxarova yazıb.

Virtualaz.org xəbər verir ki, o, həmçinin diqqət və qayğıya görə hamıya minnətdarlığını bildirib.
Diaspora