Biləcəri-Binəqədi avtomobil yolunda (4-cü qapı küçəsi) aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq may ayının 4-dən 5-nə keçən gecədən etibarən sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.
“Azəravtoyol” ASC-dən Lent.az-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması 3 gün ərzində Biləcəri-Binəqədi yolunun “Daş bazarı” adlanan ərazisində, 4 yolun kəsişməsində tətbiq ediləcək. Avtonəqliyyat vasitələri üçün sözügedən yola giriş yol polisinin stasionar postuna düşən yolda yerləşən dairədən və Respublika Dövlət Yol Polisi idarəsinin binasının yerləşdiyi yoldan 4 yolun kəsişməsinə düşən küçədən tam olaraq bağlanacaq. Həmçinin həmin kəsişmədən Bİləcəri qəsəbəsinin mərkəzinə getmək də mümkün olmayacaq.
Sürücülərdən qeyd olunan müddət ərzində alternativ yollardan istifadə etməkləri tövsiyyə olunur.