Çinin öz “Vikipediya”sı olacaq

Çinin öz “Vikipediya”sı olacaq backend

Yaxın gələcəkdə Çin ərazisində populyar məlumat onlayn kitabxanası olan “Vikipediya”nın yerli versiyası yaradılacaq.

İKT.lent.az-ın “actualnews.org” saytına istinadən məlumatına görə, təxmin edilir ki, ensiklopediyanın tərtibatı ilə Çin elmi işçiləri məşğul olacaqlar.

Burada söhbət ölkədə “hər şey haqqında” məlumat bazası olacaq ilk Böyük Çin Ensiklopediyasından gedir. Miqyaslı rəqəmsal layihə, ilkin qiymətləndirməyə görə, Çin Xalq Respublikasını təmsil edən 20 minə yaxın alimi cəlb etməlidir. Təxmin edilir ki, bu baza analoji “Vikipediya”nın Çin versiyasının məlumat həcminə bərabər olacaq və 30 mindən artıq yazısı olan Britaniya Ensiklopediyasını üstələməlidir. Çin hökumətinin planına əsasən, populyar ensiklopediyanın analoqu üzərində iş 2018-ci ilin sonuna qədər yekunlaşacaq.

Ancaq “Amnesty International” təşkilatında çalışan Çindən olan mütəxəssis Patrik Pun hesab edir ki, Böyük Çin Ensiklopediyası “Vikipediya”dan fərqli olaraq, redaktə üçün qapalı olacaq. O əmindir ki, bu, ölkə vətəndaşlarının azadlığını daha da məhdudlaşdıracaq.
Diaspora