Yunanıstan beynəlxalq kreditorlarla islahatları razılaşdırıb

Yunanıstan beynəlxalq kreditorlarla islahatları razılaşdırıb backend

Yunanıstan hökuməti bu gecə beynəlxalq kreditorlarla islahat paketinin həyata keçirilməsinə dair razılıq əldə edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Evklid Tsakalotos bildirib. Anlaşmanın əldə olunması nəticəsində Beynəlxalq Valyuta Fondundan (IMF) yeni kredit tranşlarının qəbul edilməsi mümkün olacaq.

"Reuters" agentliyinin xəbərinə görə, Yunanıstan 2019-cu ildə pensiya ödənişlərini azaldacaq və 2020-ci ildə vergi dərəcələrini yüksəldəcək. Bu da xərclərin ÜDM-in 2%-i qədər azalmasına gətirib çıxaracaq. Bundan sonra Yunanıstan hökuməti qanunvericiliklə yeni tədbirləri təsdiq etməlidir.
Xatırladaq ki, bu günədək Yunanıstan maliyyə yardımı proqramı çərçivəsində 200 mlrd. avro həcmində vəsait alıb. 2016-cı ilin əvvəlinə isə ölkənin dövlət borcu 321 mlrd. avro təşkil edib.
Diaspora