Azərbaycandakı məhkum uşaqların sayı açıqlandı

Azərbaycandakı məhkum uşaqların sayı açıqlandı backend

2016-cı məhkum olunmuş 14-17 yaşlı uşaqların sayı açıqlanıb.

Modern.az statistik göstəricilərə istinadən xəbər verir ki, ötən il ümumilikdə 261 14-17 yaşlı uşaq məhkum olunub.

Onlardan 257 nəfəri oğlanlar, 4 nəfəri qızlardır. Həmçinin, 33 nəfəri14-16 yaşadək olanlar, 228 nəfəri 16-18 yaşadək olanlardır.

Məhkum olunmuş uşaqlardan 218 nəfəri hər iki valideyni olan ailədə tərbiyə alanlar, 40 nəfəri bir valideyni olan ailədə tərbiyə alanlar, 3 nəfəri isə ailədən kənarda, internatda böyüyənlərdir.

Azadlıqdan məhrum edilənlərdən 46 nəfəri şagird və tələbələrdir, 44 nəfəri işləyənlər, 171 nəfəri işləməyən və oxumayanlardır.

Məhkum olunmuş 14-17 yaşlı uşaqlar tərəfindən 11 qəsdən adam öldürmə, 19 qəsdən sağlamlığa ağır zərər vurma, 7 qəsdən sağlamlığa az zərər vurma, 12 seksual xarakterli zorakılıq hərəkətləri, 142 oğurluq, 22 soyğunçuluq, 3 quldurluq, 2 talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə, 13 xuliqanlıq, 7 narkotik və psixotrop maddələrin dövriyyəsi, 23 digər cinayətlər törədilib.
Diaspora