ABŞ prezidenti Donald Tramp "WikiLeaks" saytının qurucusu Culian Assancın həbsinin əleyhinə olmadığını bəyan edib.
İKT.lent.az-ın "International Business Times"a istinadən xəbərinə görə, ötən il "WikiLeaks"ə rəğbətini dilə gətirən Tramp "Associated Press"ə fərqli açıqlama verib.
"Mən bu işdə iştirak etmirəm. Ancaq ABŞ-ın baş prokuroru Ceff Seşns Assancın həbsini istəyirsə, mən bunun əleyhinə deyiləm" - deyə prezident bildirib.
Qeyd edək ki, ABŞ-ın baş prokuroru Ceff Seşns Culian Assancın həbsinin Ədliyyə Nazirliyinin prioriteti olduğunu söyləyib. Assanc ABŞ-da kibercasusluqda və dövlət əhəmiyyətli informasiyaların oğurlanmasında şübhəli bilinir.