Bu, aprelin 20-də qeydə alınmış qiymətdən 0.55 dollar azdır.
ANS PRESS xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məlumatına görə, bu, aprelin 20-də qeydə alınmış qiymətdən 0.55 dollar azdır.Ümumiyyətlə, Nyu-York və London birjalarında neftin qiymətində ucuzlaşma davam edir. Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.31 dollar (0.55%) azalaraq 56.30 dollar təşkil edib. London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.14 dollar (0.23%) ucuzlaşaraq 61.94 dollar olub.