Aprelin 24-də Bakı Fond Birjasında (BFB) QSC faizli adlı sənədsiz təmin edilmiş istiqrazların yerləşdirilməsi üzrə ilk hərrac keçiriləcək.
Trend-in məlumatına görə, hərraca çıxarılan Azərbaycan İpoteka Fondunun (AİF) AZ2009008684 dövlət qeydiyyat nömrəli istiqrazları 3 milyon manat həcmində olacaq.Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB QSC vasitəsi ilə keçiriləcək. İstiqrazlar 100,8417 % qiymətlə satışa çıxarılacaq.
İstiqrazların ödənmə tarixi – 21 noyabr 2024-cü ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək.