Dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ backend

Aprelin 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, gecə bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 14-18° isti olacağı gözlənilir.
Bakıda gecə 7-9° isti, gündüz 15-17° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.

Tibbi-meteorolji proqnoza əsasən isə aprelin 22-23-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, 22-də güclü xəzri küləyinin 23-də arabir güclənən gilavar küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əlverişsizdir.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 5-10° isti, gündüz 20-25° isti, dağlarda gecə
3-8° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin edtdiyi xəbərdarlığa görə, Aprelin 22-dən 25-dək ölkə ərazisində hava şəraitinin küləkli olacağı, qərb, şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclü olacağı, 24-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağllıq ərazilərdə qar yağacağı ehtimalı var.
Diaspora