Mərkəzi Bank aprelin 21-də avro və Rusiya rublunun qiymətlərini dəyişib. Novator.az-ın məlumatına görə, avro 1,826 manatdan 1,8242 manata enib, rubl isə 0,0301 manatdan 0,0303 manata qalxıb.
ABŞ dollarının kursu isə sabit qalıb: 1,7022 manat. Bu qiymət aprelin 19-dan qüvvədədir.Məzənnələr
2017-ci ilə dollar 1,7707 manatla başlayıb. Yanvar ayında ən yuxarı rəsmi qiymət 1,9165 manat, fevral ayında 1,92 manat, mart ayında 1,7563 manat olub. Aprelə 1,7244 manatla start verilib.