Türkiyənin “Pegasus” aviaşirkəti İstanbuldan Yerevana uçuşlar həyata keçirəcək. Məşhur loukoster Ermənistan paytaxtına uçuşlara bu ilin iyun ayından başlayacaq. Aviareyslər həftənin 1-ci 2-ci və 5-ci günləri həyata keçiriləcək.
Qeyd edək ki, “Pegasus” Türkiyədən Ermənistana uçuşlar edən ilk aviaşirkət deyil. Hazırda digər bir Türkiyə aviaşirkəti “Atlasjet” həftədə 4 dəfə Ermənistana uçuşlar həyata keçirir. (fins.az)Türkiyə aviaşirkəti İstanbuldan Yerevana uçuşlar həyata keçirəcək

