Ukrayna və İran kənd təsərrüfatı məhsullarının nəql olunması üçün sınaq qatarının işə salınması barədə razılıq əldə ediblər.
Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, bunu Ukraynanın infrastruktur naziri Vladimir Omelyan iranlı həmkarı ilə görüşü zamanı deyib.Onun sözlərinə görə, sınaq rejimində marşrut artıq bu yay işə düşə bilər. Marşrut Gürcüstan və Azərbaycan ərazisindən keçəcək.
Bundan başqa, V.Omelyan İran tərəfini İran neftinin Ukraynaya nəqli, eləcə də ölkə ərazisində neft emalı zavodunun tikinti perspektivlərini nəzərdən keçirməyə çağırıb.