“Kurtlar Vadisi -Vatan”nın çəkilişlərinə start verildi

“Kurtlar Vadisi -Vatan”nın çəkilişlərinə start verildi backend

“Kurtlar Vadisi -Vatan”nın çəkilişlərinə artıq start verilib, ilk çəkilişlərə başlanılıb. Bu barədə Türkiyə mətbuatında məlumat yayılıb. Artıq çəkilişlərdən görüntülər sosial şəbəkələrdə yayılmağa başlayıb.

Məlumata görə, rejissor Serdar Akar TRT1-də yayımlanan “Payitaht Abdülhamit” serialının çəkilişlərinə 5 günlük fasilə verərək “Kurtlar Vadisi”nin yeni layihəsinin hazırlıqlarını tamamlayıb.

Filmin çəkilişlərinə Antalya və onun ətrafında davam edilir. Necati Şaşmazın baş rol aldığı filmdə Cahit Kayaoğlu, Erhan Ufak və Ertuğrul Şakarın rol aldığı bildirilir.

Qeyd edək ki, bundan əvvəl Necati Şaşmaz 15 iyul olaylarından bəhs edəcək “Kurtlar Vadisi - Darbe” çəkəcəyini açıqlamışdı.

Lakin filmin ad haqqını satın almağa çalışdığı ortaya çıxınca ortalıq qarışmışdı. Türkiyə həssas bir dönəmdə olduğu üçün şirkətə “Kurtlar Vadisi - Darbe” adını almaq haqqı verilmədi. Aylar sonra “Panafilm” “Kurtlar Vadisi” nin çəkilişlərinə başladı və böyük maraqla gözlənilən filmin adı “Kurtlar Vadisi - Vatan” qoyuldu.
Diaspora