Bu ilin yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 2370,5 mln. manat, xərcləri 2191,7 mln. manat olub, büdcənin profilini (178,8 mln. manat) ümumi daxili məhsulun 1,8%-ni təşkil edib.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, daxilolmaların 19,4%-i əlavə dəyər vergisi, 13,0%-i hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,6%-i fiziki şəxslərin gəlir vergisi, 4,7%-i aksizlər, 10,8%-i digər vergilər, 46,5%-i isə vergi olmayan gəlirlər hesabına təmin edilib.Büdcə vəsaitlərinin 28,6%-i iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 18,1%-i sosial müdafiə və sosial təminat, 14,8%-i ümumi dövlət xidmətləri, 10,3%-i təhsil və səhiyyə sahələrinin, 28,2%-i isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.