Türkiyədə dolların məzənnəsində sabitləşmə gözlənilir

Türkiyədə dolların məzənnəsində sabitləşmə gözlənilir backend

Türkiyədə ABŞ dollarının məzənnəsi bu gün, aprelin 17-də kəskin ucuzlaşaraq 3,62 TRY/USD səviyyəsinə qədər gerilədikdən sonra bir qədər yüksələrək 3,66 lirəyə çatıb.

"Report"un analitik qrupu bildirir ki, dolların məzənnəsindəki artım qısamüddətli texniki hərəkətdir: "Hazırda dolların məzənnəsinin artması üçün heç bir siyasi-iqtisadi səbəb yoxdur. Yay aylarında isə turizm mövsümü ilə əlaqədar Türkiyəyə dollar axınının güclənməsi gözlənilir ki, bu da dolların məzənnəsini aşağı salacaq".

Analitik qrup dolların məzənnəsinin yay aylarının sonuna qədər 3,60 TRY/USD səviyyəsindən də aşağı enəcəyini ehtimal edir. Ümumiyyətlə, yaxın bir il ərzində inkişaf etməkdə olan ölkələrin yerli valyutalarında ciddi devalvasiya gözlənilmir. Qlobal iqtisadiyyatda böhranın 2018-ci ilin II yarısından etibarən yenidən və daha ciddi şəkildə başlayacağı gözlənilir.
Diaspora