Xəzərin Azərbaycan sektorunda yerləşən “Bulla-dəniz” yatağının tammiqyaslı işlənmə proqramına əsasən, 2025-ci ilə qədər burada 6 özülün tikintisi və onlardan 27 dərin quyunun qazılması planlaşdırılır.
“Report” xəbər verir ki, bunu “Azneft” İB-nin baş direktoru Daşqın İsgəndərov “Caspian Energy” jurnalına müsahibəsində bildirib.O qeyd edib ki, yatağın ölçüləri, quyuların işlənmə göstəriciləri və qalıq karbohidrogen ehtiyatlarının miqdarı burada hasilatın bir neçə dəfə artırılmasına imkan verir: “Odur ki, yatağın yenidən tammiqyaslı işlənmə proqramı hazırlanıb. Bu proqrama əsasən, 2025-ci ilə qədər burada 6 özülün tikintisi və onlardan 27 dərin quyunun qazılması planlaşdırılır. Bu quyulardan artıq, 2-si qazılaraq istismara verilib. 2 quyuda isə qazıma işləri davam etdirilir".
"Bütün quyular qazıldıqdan sonra yataqdan gündəlik neft və qaz hasilatını artırmaq mümkün olacaq. Bu isə digər yataqlar üzrə təbii düşməyə görə hasilatın azalmasını kompensasiya edəcək ki, yekun nəticədə “Azneft” İstehsalat Birliyi üzrə hasilat stabil saxlanacaq”, - deyə “Azneft”in baş direktoru əlavə edib.