Rəsmi məzənnə açıqlandı

Rəsmi məzənnə açıqlandı backend

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, dolların məzənnəsində dəyişiklik qeydə alınmayıb. Hazırda 1 dollar 1,0506 AZN-dir.

Avronun məzənnəsi isə ucuzlaşmaqda davam edir. Belə ki, 1 avro 1.1269-dan 1.1267-yə qədər ucuzlaşıb.

Rusiya rublunun kursunda da ucuzlaşma müşahidə edilib. İndi 1 rublun dəyəri 0.0197-dən 0.0195 manata qədər azalıb.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
Diaspora