Türkiyəyə bu böhtanı Almaniya atdı – Nazir

Türkiyəyə bu böhtanı Almaniya atdı – Nazir backend

Hərbi çevriliş şousu ifadəsini ilk dəfə Almaniyanın kəşfiyyat orqanlarının bəzi üzvləri ortaya atdı. Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu deyib.

“Dedilər ki, guya Türkiyə hökuməti özü hərbi çevriliş şousu hazırlayıb. Həmin gün Türkiyə böyük bir faciənin eşiyindən döndü. İnsanlarımız şəhid oldu, yaralandı. Hələ də hərbi çevriliş gecəsinin travmasını yaşayanlar var. Ankarada bəzi uşaqlar təyyarə səsinə görə gecələr yata bilmirdilər. “Çevriliş şousu” böhtanını ilk dəfə Almaniyanın kəşfiyyat orqanları, ABŞ və İngiltərədəki bəzi şəxslər ortaya atdı. Kamal Kılıçdaroğlu da bu sözə uydu”, - Soylu bildirib.
Diaspora