Qaziler.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən bildirir ki, tənzimləmə fəaliyyəti istiqamətində işlər hesabat dövründə də davam etdirilib.
Mobil nömrə daşınması xidməti üzrə cari ilin birinci rübündə 3786 ədəd mobil nömrə daşınıb. Eyni zamanda, mobil cihazların qeydiyyat sistemində isə 201 mindən çox mobil cihaz qeydiyyata alınıb.Bu dövr ərzində müxtəliftipli avadanlıqların mülki dövriyyəsinə 78 ədəd, müxtəliftipli telekommunikasiya vasitələri və qurğularına 335 ədəd "Uyğunluq sertifikatı" verilib.
Rüb ərzində dövlət orqanlarından və digər təşkilatlardan daxil olmuş müraciətlər əsasında 1 dövlət informasiya ehtiyatı və 6 fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatına alınmış və nəticədə qeydiyyata alınmış informasiya ehtiyatlarının sayı 79-a, informasiya sistemlərinin sayı isə 159-a çatıb.