Azərbaycan Nazirlər Kabineti respublika ərazisinə gətirilən spirtli içki, tütün məmulatlarının, eləcə də neft məhsullarının yeni aksiz dərəcələrini təsdiqləyib. Onlar 2015-ci il martın 1-dən qüvvəyə minəcək. QAZİLƏR.AZ saytı Trend -ə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin rəsmi mətbuatda dərc edilmiş qərarında deyilir.
Qərara uyğun olaraq, ölkəyə gətirilən səməni pivəsinin 1 litri üçün 1,0 manat (əvvəl bir dollar), təbii üzüm şərabları, üzüm suslosunun 1 litri üçün 2,5 manat, şampan şərabının 1 litri üçün 2,5 manat, viski, rom, cin və ardıc tinkturası, araq, likörlərin 1 litri üçün 6,0 manat təşkil edir.Siqarlar və siqarillaların hər 1000 ədədi üçün 4 manat, siqarların hər 1000 ədədi üçün aksiz dərəcələri 10 manatdır.
Qərara görə, respublikaya idxal olunan aviasiya benzininin bir tonu üçün aksizlər bir manat (bundan əvvəl bir dollar); mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə 1 ton üçün 200 manat (bundan əvvəl 250 dollar); mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 98 və ya çox oktan ədədi ilə 1 ton üçün 120 manat; emalın spesifik prosesləri üçün orta distilyatların 1 tonu üçün 80 manat təşkil edir.
Bundan əlavə, Nazirlər Kabinetinin qərarı ilə, aviasiya yanacağı üzrə aksiz dərəcələri bir ton üçün bir manat; xüsusi benzinlər: uayt-spirit 1 tonu üçün 1,0 manat (əvvəl bir dollar); təbii qazın 1 tonu üçün 1,0 manat; sürtkü yağları və digər yağların 1 tonu üçün 1,0 manat (əvvəl 100 dollar); neft koksu, neft bitumu və neftin və ya neft məhsullarının emalından qalan, o cümlədən bitumlu minerallardan alınmış digər qalıqların 1 tonu üçün 24 manat (əvvəl - 30 dollar); maye yanacağın 1 tonu üçün 1,0 manat və digər neft məhsulları 1 ton üçün 50 manat təşkil edəcək.
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 190.2-ci maddəsində göstərilən aksizli malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodları