Azərbaycanda “Elektroenergetika haqqında” qanun hazırlanacaq

Azərbaycanda “Elektroenergetika haqqında” qanun hazırlanacaq backend

Azərbaycanda yeni “Elektroenergetika haqqında” qanun hazırlanacaq.

Qaziler.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında qeyd olunub.
Fərmana əsasən Nazirlər Kabinetinə bu qanunun hazırlanması üçün 9 ay vaxt verilib. Fərmana əsasən, Azərbaycan Nazirlər Kabineti beynəlxalq təcrübəni nəzərə almaqla, “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Qeyd edək ki, 7 fəsil, 24 maddədən ibarət olan hazırki “Elektroenergetika haqqında" qanun 3 aprel 1998-ci ildə təsdiq edilib.
Diaspora