SOCAR Gürcüstanda daha bir kəndin qazlaşdırılmasını başa çatdırıb

SOCAR Gürcüstanda daha bir kəndin qazlaşdırılmasını başa çatdırıb backend

“SOCAR Georgia Gas” şirkəti Gürcüstanın Zestafon bələdiyyəsində yerləşən Kveda Sazano kəndinin qazlaşdırılmasını başa çatdırıb.

“Report” şirkətə istinadən xəbər verir ki, Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, “SOCAR Georgia Gas”şirkətinin direktoru Azər Məmmədov, Gürcüstanın “Qaztransport” şirkətinin baş direktoru İrakli Bendeliani və digər şəxslər yeni qazpaylayıcı şəbəkəyə baxış keçirib, rəmzi məşəli yandırıblar.
Beləliklə, Kveda Sazano kəndində yaşayan 1 728 ailə qazla təmin olunmaq imkanı əldə edib.

Yeni abonentlərin şəbəkəyə qoşulmasıının haqqı 400 lari təşkil edir. Abonentlər bu məbləği 16 ay müddətində aylıq 25 lari olmaqla ödəyə bilərlər.

Qeyd edək ki, SOCAR-ı Gürcüstanda təmsil edən “SOCAR Energy Georgia” MMC-nin tərkib hissəsi olan “SOCAR Georgia Gas” 2007-ci ildə qonşu respublikanın qaz bazarında fəaliyyət göstərmək məqsədilə yaradılıb. Şirkət təbii qazın idxalı, sosial və kommersiya tipli istehlakçılara satışı ilə məşğul olmaqla yanaşı, Gürcüstan İqtisadi İnkişaf Nazirliyi ilə imzalanmış müqavilə əsasında yeni qaz kəmərlərinin tikintisi və mövcud kəmərlərin reabilitasiyasını həyata keçirir.
Diaspora