Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmində artım müşahidə olunur.
"APA-Economics" AMB-nin açıqladığı statistikaya istinadən xəbər verir ki, 2017-ci il martın 31-nə tənzimləyicinin sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 4 mlrd. 432,7 mln. dollar təşkil edib ki, bu da fevral ayı ilə müqayisədə 1,45% və ya 63,4 mln. dollar çoxdur. Mart ayının 1-ə tənzimləyicinin ehtiyatları 4 mlrd. 369,3 mln. dollar təşkil edib.
Ötən ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin sərəncamında olan valyuta ehtiyatlarının həcmində 9% və ya 366,9 mln. dollar artım olub.