Bakıda Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən mərkəzə doğru olan istiqamətində Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməyədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılır.
"Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumatda qeyd edilən yollarda təmir işlərinin aparılacağı bildirilib.Xəbərdə qeyd edilib ki, həmin istiqamətdə hərəkətin məhdudlaşdırılması aprel ayının 3-dən 4-nə keçən gecədən etibarən və təmir işləri bitənədək tətbiq ediləcək.
"Alternativ olaraq sürücülər Babək prospekti-Fəzail Bayramov küçəsi-Xocalı prospekti-Afiyəddin Cəlilov küçəsi, həmçinin Babək prospekti-Nəcəfqulu Rəfiyev küçəsi-Afiyəddin Cəlilov küçəsi istiqamətlərindən istifadə edə bilərlər", - deyə xəbərdə əlavə edilib.