Rusiyada dolların məzənnəsi 21 aylıq minimuma enib

Rusiyada dolların məzənnəsi 21 aylıq minimuma enib backend

Rusiyada ABŞ dollarının nağd valyuta bazarında məzənnəsi 2015-ci ilin iyul ayından etibarən ən aşağı həddə enib və 56,32 RUB/USD təşkil edib.

"Report" xəbər verir ki, neftin qiymətinin mart ayının əvvəlinə nisbətən 8% ucuz olmasına və dolların məzənnəsinin dünya bazarında möhkəmlənməyə başlamasına baxmayaraq, Rusiya valyuta bazarı təmamilə tərs effekt göstərir.

Rusiya ilə eyni kateqoriyaya aid, inkişaf etməkdə olan ölkələrdən Cənubi Afrika Respublikasında siyasi problemlər səbəbindən Rusiyanın rublda maliyyə aktivlərinə maraq artdığından ölkəyə portfel investisiyası axını güclənib. Bu da öz növbəsində dolları ucuzlaşdırmağa davam edir. Analitiklər neft qiymətlərinin yüksəlməyə başlamasıyla birlikdə dolların daha da düşəcəyini ehtimal edirlər.
Diaspora