“MuğanBank“ın saytına növbəti haker hücumu olub

“MuğanBank“ın saytına növbəti haker hücumu olub backend

"MuğanBank" ASC-nin saytına növbəti dəfə haker hücumu olub. "APA-Economics xəbər verir ki, ikinci hücum da "Şimşək" haker qrupu tərəfindən həyata keçirilib.

Qaziler.az "APA-Economics-ə istinadən xəbər verir ki, ikinci hücum da "Şimşək" haker qrupu tərəfindən həyata keçirilib.

Bu dəfə hakerlər bankın saytında bu mətni yerləşdirib: "HACKED BY ŞİMŞƏK!! FACEBOOKDA BUNU PAYLAŞAN SƏHİFƏLƏRƏ SALAMLAR ÖPÜRƏM! Ekspert səhifəsinin userlərinə də salamlar".

İlk haker hücumuna münasibət bildirən bank rəsmiləri qeyd edib ki, haker hücumu bankın əməliyyat sisteminə təsir etməyib, banka maddi ziyan dəyməyib. Bundan başqa, qeyd edilib ki, bankın İT departamenti problemin aradan qaldırılması ilə məşğuldur.

Maraqlıdır ki, ilk dəfə olduğu kimi, bu dəfə də hədəf kimi bankın Müşahidə Şurası bölməsi seçilib.
Diaspora