BP şirkəti Azərbaycanla bağlı müqavilənin müddətini uzatdı

BP şirkəti Azərbaycanla bağlı müqavilənin müddətini uzatdı backend

BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Çıraq” neft platformasının idarə olunması və dəstəklənməsi üzrə xidmətlərlə bağlı Şotlandiyanın “Elite Control System” şirkəti ilə müqavilənin müddətini uzadıb.


Bu barədə Trend “Elite Control System” şirkətinə istinadən məlumat verir.

Qeyd olunur ki, Şotlandiya şirkəti 20 ilə yaxındır “Çıraq” platformasının avtomatlaşdırılmış idarəetməsini həyata keçirir.

Yenilənmiş müqavilənin fəaliyyət müddəti və dəyəri barədə məlumat verilmir.
Diaspora