“Rosselxoznadzor” Federal Xidməti Azərbaycandan Rusiyaya aparılan 16,2 ton pomidoru ölkəyə buraxmayıb.
Qaziler.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, “Rosselxoznadzor”un Dağıstan bölməsinin əməkdaşları "Yaraq-Qazmalyar" buraxılış məntəqəsində Azərbaycandan gələn 16,2 ton pomidoru saxlayıb.
Buna səbəb kimi Azərbaycandan gətirilən məhsulda zərərli güvənin olması göstərilib.
Pomidorları aparan şəxs məhsulun gətirilməsi və daşınması qaydalarının pozuntusuna görə inzibati məsuliyyətə cəlb edilib.
Qeyd edək ki, son günlər belə hadisələr tez-tez baş verir. Sahibkarlar satmaq üçün Rusiyaya apardıqları məhsulların gömrükdən buraxılmamasından şikayətlənirlər.