Ermənistanda oksigen stansiyası partladı-1 ÖLÜ

Ermənistanda oksigen stansiyası partladı-1 ÖLÜ backend

Bu səhər Ermənistanda oksigen stansiyası partlayıb. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Kotayski vilayətinin Nor Qexi kəndidə baş verən qəza ilə əlaqədar təcili tədbirlər görülür.

Hadisə yerinə xilasedicilərlə yanaşı fövqəladə hallar nazirliyinin rəhbəri David Tonoyan da gedib. Saat 08.40 radələrində xilasedicilər dağıntılar altından oksigen balonlarını dolduran Nor Qexi kəndinin sakini 1968-ci il təvəllüdlü Armenak Azaryanın meyitini aşkarlayıblar. Partlayışın şiddətli olması səbəbindən tikili darmadağın olub, ətrafdakı avtomobillərə ciddi ziyan dəyib. Hadisənin haşvermə səbəbləri bəlli deyil. Stansiyanın “Şirinyan qardaşları”na məxsus olduğu deyilir.
Diaspora