Kollegiya iclası keçirilib

Kollegiya iclası keçirilib backend

Dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasına həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilmişdir.

İqtisad və Sənaye Nazrliyindən Qaziler.az-a verilən məlumata görə, nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında iqtisadiyyat və sənaye naziri, Kollegiyanın sədri Şahin Mustafayev 2015-ci ilin I rübündə qazanılmış sosial-iqtisadi nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat vermişdir. Vurğulanmışdır ki, ölkənin davamlı inkişafının təmin olunmasında, dünya iqtisadiyyatındakı böhran meyillərinin, enerji bazarında ötən il başlamış və hazırda da davam edən qeyri-sabitliyin mənfi təsirinin qarşısının alınmasında dövlət başçısının həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rola malikdir. Görülmüş işlərin nəticəsi olaraq, 2015-ci ilin I rübündə ümumi daxili məhsul 5,3% artmış, sənayedə 3,5%, kənd təsərrüfatında 3,4%, rabitədə 9,3%, tikintidə 13,2%, nəqliyyatda 5%, ticarətdə 9,6%, ümumilikdə qeyri-neft sektorunda 7%-lik artıma nail olunmuşdur. Hazırda qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 68%-i ötmüşdür. Bu ilin ilk üç ayında 30 minə yaxın yeni iş yeri açılmış, əhalinin gəlirləri 5,3% artmaqla inflyasiyanı 2 dəfəyədək üstələmiş, istehlak bazarının sabitliyi təmin edilmişdir. Dünyada baş verən neqativ iqtisadi proseslər fonunda Azərbaycan investisiya reytinqini qoruyub saxlamışdır.

Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti ölkədə iqtisadi inkişafın davam etdiyini qeyd etmiş, bu ilin birinci rübündə sosial-iqtisadi sahədə əldə olunmuş uğurları yüksək qiymətləndirmiş, qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirmişdir. Belə ki, dövlət başçısı makroiqtisadi sabitliyin qorunub saxlanılması, qeyri-neft sektorunun inkişafı, ərzaq tәhlükәsizliyinin möhkəmləndirilməsi, sahibkarlığın inkişafı üçün dövlәt güzәştlәrindən sәmәrәli istifadә etmәklə istehsal olunan mәhsulların rәqabәtqabiliyyәtliliyinin artırılması, yerli istehsalın stimullaşdırılması üçün әlavә tәdbirlәrin və təkliflərin hazırlanması, yeni iş yerlərinin açılması və s. barədə tapşırıqlar vermişdir.

Nazirlər Kabinetinin iclasında dövlət başçısı sənayenin inkişafının, bu məqsədlə yerli sənaye potensialından səmərəli istifadənin əhəmiyyətini, lokalizasiyanın səviyyəsinin artırılmasının zəruriliyini vurğulayaraq, Neftçala ilə yanaşı, hər bir rayonda sənaye zonasının yaradılması və sənaye zonalarının lazımi infrastrukturla təmin olunması, tikinti materiallarına tələbatın tam şәkildә yerli istehsal hesabına ödənilməsi istiqamətində tapşırıqlar vermişdir.

2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunduğunu diqqətə çatdıran dövlət başçısı meliorasiya tәdbirlәrinin davam etdirilməsi, suvarma kanallarının tikintisi və şaxәlәndirilmәsi, bu ilin sonuna qәdәr Xızı rayonunda 3 min hektardan çox torpağa su verilmәsinin təmin edilməsi, istehsal olunan әrzaq mәhsullarının bütün komponentlәrinin ölkədə istehsal olunması, aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması məsələlərini vəzifə olaraq qarşıya qoymuşdur. Bundan başqa, dövriyyәyә buraxılacaq yeni torpaqlarda bazarların tәlәbatına uyğun mәhsul yetişdirilmәsi, burada tam dövlәt nәzarәtinin təmin olunması barədə İqtisadiyyat vә Sәnaye, Kәnd Tәsәrrüfatı nazirliklәrinə konkret tapşırıqlar vermişdir.

Kollegiya iclasında nazir Şahin Mustafayev qeyd etmişdir ki, dövlət başçısı tərəfindən biznes mühitinin daha da yaxşılaşdırılması, ixrac imkanlarının genişləndirilməsi, ixrac nomenklaturunun genişlәndirmәsi və yeni bazarların araşdırılması, Qazaxıstanın Aktau şәhәrindә yaradılan logistika bazasında bu ilin sonuna qәdәr real nәticәnin əldə olunmasına dair vəzifələr müəyyənləşdirilmişdir. Diqqətə çatdırılmışdır ki, dövlət başçısı həmçinin, sosial layihələrin və bütün sosial proqramların tam şəkildə icrası, məktəb, xəstəxana, uşaq bağçalarının, peşə məktəblərinin tikintisinin davam etdirilməsi, bölgәlәrdә elektrik enerjisi ilә təminatın, xüsusilə ötürücü xәtlәrlә bağlı vəziyyətin yaxşılaşdırılması və içməli su ilə təminatın səviyyəsinin yüksəldilməsi barədə tapşırıqlar vermişdir.

Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev tərəfindən inhisarçılığa qarşı mübarizәnin güclәndirilmәsi, qiymәtlәrin sabit saxlanılması, süni qiymәt artımının qarşısının alınması, bütün apteklәrdә ciddi nәzarәtin tәşkil edilməsi vә keyfiyyәtә nəzarətin artırılması istiqamətində İqtisadiyyat və Sənaye, Səhiyyə nazirliklərinə müvafiq göstərişlər verilmişdir.

Dövlət başçısının çıxışında ekoloji məsələlər də diqqət mərkəzində saxlanılmış, göllərin təmizlənməsinin, ağacların əkilməsi, parkların salınmasının davam etdirilməsi, birinci Avropa Oyunlarına hazırlıq barədə istiqamətində tapşırıqlar verilmişdir.
Kollegiyanın sədri Şahin Mustafayev dövlət başçısının Azərbaycanın bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdirdiyi çıxışından irəli gələn və İqtisadiyyat və Sənaye Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün Nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar vermiş, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınmışdır.

İclasda həmçinin, “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” dövlət başçısının 22 dekabr 2014-cü il tarixli Fərmanına uyğun olaraq, çoxmənzilli binalarda Mənzil Məcəlləsi ilə müəyyən olunmuş yeni idarəetmə üsullarının tətbiqi sahəsində görülən işlər və nəzərdə tutulan tədbirlər barədə hesabat dinlənilmişdir.

Kollegiya iclasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən İqtisadiyyat və Sənaye Nazirliyinə verilən tapşırığa əsasən, ixracın təşviqinin təkmilləşdirilməsi ilə bağlı hazırlanmış təkliflər müzakirə edilmişdir.
Kollegiya iclasında cari məsələlərə də baxılmış, müvafiq qərarlar qəbul olunmuşdur.
Diaspora