"Azərbaycan manatı möhkəmlənmək üçün böyük potensiala malikdir". "APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Bank of America" korporasiyasının Rusiya və MDB üzrə baş iqtisadçısı Vladimir Osakovskinin bankın müştəriləri üçün yazdığı qeyddə bildirilir.
Bankir qeyd edir ki, Azərbaycan hökuməti tərəfindən fiskal və pul-kredit siyasətindən aparılan korreksiya "müəyyən formada uğurlu olub".V.Osakovskinin sözlərinə görə, bank sektorundakı problemlər idarəolunan səviyyədədir.
"Sərt pul-kredit siyasətinə baxmayaraq, manat möhkəmlənmək üçün böyük potensiala malikdir", - deyə bankir qeyd edib.