Türkiyə Qars-İğdır-Naxçıvan dəmiryolu layihəsini həyata keçirmək niyyətindədir.
Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, bunu Qarsda olan Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan deyib.Nazir qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi artıq başa çatır:
"Bu layihə Qars bölgəsinə də fayda verəcək. Bakı-Tbilisi-Qars dəmiryolu layihəsindən sonra İğdırdan Naxçıvana, İrana və Pakistana dəmiryolu çəkəcəyik".
Ə.Arslan əlavə edib ki, bu məsələ İqtisadi Əməkdaşlıq Təşkilatının İslamabadda keçirilən 13-cü sammitində də müzakirə olunub: "Bölgələrin yükünü Qarsdan Avropaya daşımaq niyyətindəyik".