Dövlət Gömrük Komitəsi məlumat yaydı.
Qaziler.az Atv.az-a istinadən bildirir ki, 2015-ci ilin I rübü ərzində Azərbaycan 8 milyon 417 min 368 ton neft ixrac edib.Bu da 2014-cü ilin müvafiq dövrünün göstəricilərindən 324 575.94 min ton və ya 4 % çoxdur.Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Belə ki, komitənin məlumatına görə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri ilə 6 milyon 679 min 95 ton, Bakı-Supsa neft boru kəməri ilə 1 milyon 92 min 889 ton, Bakı-Novorossiysk neft kəməri ilə isə 339 min 491 ton neft ixrac olunub. Ölkədən 305 min 891 ton neft isə dəmir yolu nəqliyyatı ilə daşınıb.