Xalça Muzeyində “Xocalı mədəni, xocalılar mənəvi mirasımızdır” mövzusunda elmi seminar təşkil olundu

Xalça Muzeyində “Xocalı mədəni, xocalılar mənəvi mirasımızdır” mövzusunda elmi seminar təşkil olundu backend

Fevralın 25-də Azərbaycan Xalça Muzeyi Şuşa filialı və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Xocalı mədəni, xocalılar mənəvi mirasımızdır” mövzusunda elmi seminar keçirilib. Bu barədə QAZİLER.AZ saytına Azərbaycan Xalça Muzeyindən məlumat verilib.

Mərasimdə faciə qurbanlarının və cəmi şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Xocalı mədəni, xocalılar mənəvi mirasımızdır” mövzusunda elmi seminarın açılışında Milli Azərbaycan Tarix Muzeyi, MİRAS Mədəni İrsin Öyrənilməsi İctimai Birliyi və Aktiv media şirkəti tərəfindən ərsəyə gəlmiş “Xocalı vaxtı” filmi nümayiş olunub.



Elmi seminarda Azərbaycan Xalça Muzeyi Şuşa filialının müdiri Səbinə Əzizova, AMEA Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini, Sənətşünaslıq üzrə elmlər doktoru Kübra Əliyeva, MİRAS Mədəni İrsin Öyrənilməsi İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli “Xocalıda arxeoloji tədqiqatlar”, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Pirağa İsmayılzadə “Tarixin yaddaşı, Xocalının səsi; ənənələr və müasirlik konteksində” həmçinin AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan tarixi coğrafiyası” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sahibə Budaqova Xocalının maddi-mənəvi irsinə və etnoqrafiyasına dair məruzələrlə çıxış ediblər.

Qeyd olunub ki, Xocalı faciəsi tariximizin qan yaddaşıdır. Xocalı istər 1918-ci ildə, istərsə də 1992-ci ildə Azərbaycan ərazisində ən qanlı soyqırıma məruz qalmış, faciə yaşamış bölgələrimizdən biridir. Azərbaycanın qəhrəmanlıq tarixinə açıqlıq gətirən, mədəni irs abidələri olan Xocalı-Gədəbəy mədəniyyəti, Xocalı kurqanları, alban məbədləri, orta əsr türbələri, türk obalarının etnoqrafiyası və həmin bölgənin əhalisinə qarşı ermənilərin bu cür amansız münasibəti Xocalının tarixi ilə bilavasitə bağlıdır. Xocalı tarixinin araşdırılması bu faciənin səbəblərinin öyrənilməsi və unudulmaması üçün vacibdir.
Diaspora